1903-cü ildə inşa edilmiş və Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib.
NOCOMMENT.az -a bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur. Hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq.