Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Sürücü Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən piyada, 41 yaşlı Taleh Əliyevi vurub.
Hadisə nəticəsində xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.