Amerikalı müğənni Cennifer Lopez keçmiş həyat yoldaşı, aktyor Ben Affleklə bir araya gəlib.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, onlar “Kiss of the spider woman” filminin Nyu-York qalasında görüşüblər
Bu, Lopezlə Afflekin boşanmalarından sonra ictimaiyyət arasına birgə çıxdıqları ilk tədbir olub. Uzun müddətdən sonra birlikdə görüntülənən ikili səmimi və şən halları ilə diqqət çəkib.
Məlumata görə, mərasim zamanı Afflek Lopezə “möhtəşəm görünürsən” sözlərini deyib. Lopez isə jurnalistlərə açıqlamasında bildirib ki, “bu film Ben olmasaydı, heç vaxt çəkilməzdi”.
Xatırladaq ki, 56 yaşlı C.Lopez və 53 yaşlı B.Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. Onlar sonradan boşanıblar. 2021-ci ildə isə keçmiş sevgililər münasibətlərini bərpa edib, 2022-ci ildə ailə qurublar. 2024-cü ilin avqustunda isə cütlük boşanıb.





