Arvadını öldürdü, oğlunu yaraladıbackend

Arvadını öldürdü, oğlunu yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Şəmkir rayon prokurorluğundan NOCOMMENT.az – a  verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.