Azərbaycanda bu ilin noyabr ayında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək.
NOCOMMENT.az – ın məlumatına görə, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyinin səhifəsində məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın BMT-dəki nümayəndəsi Tofiq Musayev Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava ilə görüşüb.
Eyni zamanda, T.Musayev ITU brifinqində iştirak edib.
Məlumatda qeyd olunub ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı cari ilin noyabrında Azərbaycanda keçiriləcək.