Putinə qeyri-adi hədiyyə: Erotik təqvim və mesajlar…backend

Putinə qeyri-adi hədiyyə: Erotik təqvim və mesajlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin müxtəlif illərdə ad günü hədiyyəsi olaraq kristal timsah, özü haqqında zarafatlar toplusu, erotik təqvim və digər qeyri-adi hədiyyələr alıb.

NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə seçilən jurnalist Aleksandr Yunaşev Teleqram kanalında paylaşım edib.

O xatırladıb ki, 2008-ci ildə Putinə “Maşa” adlı Sibir pələnginin balası hədiyyə edilib.

Yunaşevin sözlərinə görə, 2010-cu ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Putin üçün üzərində müxtəlif mesajları əks etdirən 2011-ci ilin erotik təqvimini yaradıblar.

2017-ci ildə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidentinə Vasili Blajenni kilsəsi və Kolizey fonunda onların təsviri olan yorğan örtüyü hədiyyə edib. Elə həmin il Rusiya lideri Türkmənistan rəhbərindən “Vernı” ləqəbli albay iti alıb.

Yunaşevin sözlərinə görə, “ən ağır hədiyyə” Aleksandr Lukaşenkonun 2022-ci ildə təqdim etdiyi Belarus traktoru olub.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya prezidentinin 73 yaşı tamam olub.