İslami Cihaddan xəbərdarlıq: İsrail bu addımı atmasa…backend

İslami Cihaddan xəbərdarlıq: İsrail bu addımı atmasa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstin İslami Cihad” təşkilatı bildirib ki, İsrail əsirləri Təl-Əvivin hərbi əməliyyatları dayandırması ilə bağlı razılaşma əldə olunana qədər azad edilməyəcək. 

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Detaily” nəşri məlumat yayıb.

Təşkilatın silahlı qanadı olan “Əl-Qüds” briqadasının bəyanatında deyilir ki, onların döyüşçüləri Şati qaçqın düşərgəsinin şimal-qərb ərazilərində İsrail ordusuna və texnikasına zərbələr endirib.

Bəyanatda qeyd olunur: “Müqavimət silahı torpaqların azad olunması və düşmənə qarşı mübarizə üçün nəzərdə tutulub və məqsədlərimiz əldə olunana qədər dayandırılmayacaq.”

Bəyanatda həmçinin vurğulanır: “Biz və bütün müqavimət fraksiyaları xalqımızın əzablarına son qoymaq və müharibəni dayandırmaq üçün hər cür səy göstərəcəyik.”

İsrail KİV-ləri xəbər verir ki, çərşənbə günü səhər saatlarında Qəzza sektorunun şimalından Nativ ha-Asara kəndi atəşə tutulub. İtkilər barədə məlumat verilmir.