Ukraynadan Rusiya AES-ə hücum – MAQATE-dən reaksiyabackend

Ukraynadan Rusiya AES-ə hücum – MAQATE-dən reaksiya 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Rusiyadan Ukrayna PUA-sının Novovoronej Atom Elektrik Stansiyasına endirdiyi zərbə ilə bağlı bildiriş aldığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Beynəlxalq təşkilatın bəyanatında dünən gecə baş verən hücumun obyektin nüvə təhlükəsizliyinə xələl gətirmədiyi bildirilib.

MAQATE-nin baş direktoru Rafael Qrossi hadisəni şərh edərkən qeyd edib ki, atom elektrik stansiyalarına heç vaxt hücum edilməməlidir.

Qeyd edək ki, oktyabrın 6-dan 7-nə keçən gecə Ukraynaya məxsus PUA Novovoronej Atom Elektrik Stansiyasına (AES) hücum edib. Pilotsuz uçan aparat texniki vasitələrlə söndürülüb və 6 saylı istismar enerji blokunun buxarlandırıcı soyuducu qülləsi ilə toqquşduqdan sonra partladılıb.