Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol polisindən qaçan sürücü ağır qəza törədib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şahidlərinin Globalinfo.az saytına bildirdiklərinə görə, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında Məhəmməd Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində hərəkət edərkən idarəetməni itirən sürücü avtomobilini dayanacaqda park halında olan iki maşına çırpıb.
Avtomobillər yararsız hala düşüb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.