Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2025-ci il “Portugal Football Globes” mükafatlandırma mərasimində “Globe Prestige” mükafatına layiq görülüb.
NOCOMMENT.az xəbər verir ki, o, bu mükafatı Portuqaliya futbolunun inkişafına verdiyi töhfəyə görə alıb.
“Bilirəm ki, məni bu mərasimlərdə görməkdən yorulubsunuz! Amma özümlə qürur duyuram və xoşbəxtəm. Düşünürəm ki, hələ də milli komandaya və futbola çox şey verə bilərəm”, – deyə Ronaldo çıxışı zamanı bildirib.
“Portugal Football Globes” mərasiminin ilk buraxılışında həm milli, həm də beynəlxalq futbolun ən yaxşı oyunçuları təltif olunub. Təşkilatçılar qeyd ediblər ki, bu tədbir keçmişin mirasından ilhamlanaraq Portuqaliya futbolunun “qızıl bu gününü” formalaşdıranlara və gələcəyin istedadlarını yaradanlara hörmət ifadəsidir.