Azərbaycan Omanla birgə investisiyaların genişləndirilməsini müzakirə edibbackend

Azərbaycan Omanla birgə investisiyaların genişləndirilməsini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, həmçinin regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi müzakirə olunub.

NOCOMMENT.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Oman Sultanlığına işgüzar səfərimiz çərçivəsində bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və Qurumun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi ilə biznes tərəfdaşlığının prioritetləri barədə müzakirələrimiz oldu”, – nazir qeyd edib.

Səfər çərçivəsində, həmçinin iki ölkə arasında işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.