Sabah bu ərazilərdə qaz olmayacaq – Yenilənibbackend

Sabah bu ərazilərdə qaz olmayacaq – Yenilənib 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

NOCOMMENT.az əbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 09.10.2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

***

Bu gün Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə qaz təchizatında fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra hakimiyyəti məlumat yayıb.

Verilən məlumata görə, Ağdaş rayonu ərazisində Dəhnəxəlil Qaz Paylayıcı Stansiyadan qidalanan qaz xətlərinin üzərində qaz ölçü qovşaqlarının quraşdırılması ilə əlaqədar olaraq bu gün səhər saatlarından işlər yekunlaşanadək Dəhnəxəlil 1-ci xətt ölçü qovşağından qidalanan RDUK-200 tipli qaz tənzimləyici qurğudan (Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə 2616 abonent) qaz təchizatı dayandırılacaq.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.