Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Bu barədə NOCOMMENT.az -a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.