Mərhum Əməkdar artist Cabir İmanovun qardaşı, Əməkdar artist, KVN teatrının bədii rəhbəri Tahir İmanov sosial şəbəkə hesabında paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, C. İmanov paylaşımında xüsusi olaraq, “jurnalistlər”, xaricdə yaşayan özlərini bloqer adlandıranlar barədə fikirlərini bölüşüb.
Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb:
“Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbiri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”
O, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara da cavab verib:
“Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”.
Ətraflı videomaterialı təqdim edirik: