“Şahdağ Mehmanxana”da yoxlama: Qanunsuzluqlar aşkarlandı, sanksiyalar tətbiq edildibackend

“Şahdağ Mehmanxana”da yoxlama: Qanunsuzluqlar aşkarlandı, sanksiyalar tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şahdağ Mehmanxana” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti keçirilib. 

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yoxlama zamanı POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi barədə iki AKT-a əsasən, 2000 manat maliyyə sanksiyası tətbiq edilib.

Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən, 126.94 manat maliyyə sanksiyası tətbiq olunub.

“Şahdağ Mehmanxana”sında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında AKT-a əsasən isə 2000 manat maliyyə sanksiyası tətbiq edilib.