Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində ləngimələr olub.
NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətlər yazılıb.
Sərnişinlərdən biri qeyd edib ki, bu gün səhərdən qatarlar bütün stansiyalarda normadan artıq dayanıb.
“Hətta stansiyalararası tunellərdə də dayanmışıq”, – deyə sərnişin yazıb.
Digər sərnişin isə yazıb: “Qatar niyə tərpənmədən, qapıları bağlamadan altı dəqiqə, düz altı dəqiqə stansiyada dayanmalıdır?”
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu verilib. Hələlik qatarların ləngimə səbəbi məlum deyil.