“İsrail və HƏMAS-ın sülh planının birinci mərhələsini imzaladığını elan etməkdən qürur duyuram”.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
“Bu o deməkdir ki, bütün girovlar tezliklə azad ediləcək və İsrail güclü, dayanıqlı və əbədi sülhə doğru ilk addım olaraq qoşunlarını razılaşdırılmış xəttə geri çəkəcək.
Bu, ərəb və müsəlman dünyası, İsrail, ətraf dövlətlər və Amerika Birləşmiş Ştatları üçün böyük gündür. Biz bu tarixi hadisənin baş verməsi üçün bizimlə çalışan Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”, – deyə o bildirib.