Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.
Hərbi Prokurorluqdan NOCOMMENT.az -a verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əli Ramin oğlu İbrahimlinin 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilmiş, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı HP da cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.