Azadlıq Donanmasında saxlanılan 3 türk millət vəkili Türkiyəyə qayıtmaq üçün təyyarə ilə Azərbaycana yola düşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli öz “X” hesabında məlumat verib.
“İsrail tərəfindən saxlanılan üç millət vəkilimiz Türkiyəyə qayıtmaq üçün Azərbaycana yola düşüb. Digər vətəndaşlarımızın da sabah xüsusi reyslə ölkəmizə qayıtmasını təşkil etmək üçün səylərimizi davam etdiririk.
Bu uçuş uğurlu olarsa, qeyd olunan səfərlə üçüncü ölkə vətəndaşlarının da təxliyəsini gözləyirik”, – deyə o paylaşımda bildirib.
***10:56
İsrail əsgərlərinin saxladığı “Azadlıq donanması”na aid gəmilərdəki Türkiyənin üç deputatı deportasiya edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, deputatlar bu gün Türkiyəyə qayıdacaq.
Qeyd olunur ki, İsrail əsgərləri tərəfindən saxlanılan 3 türk deputat hava limanında üçüncü ölkəyə deportasiya olunmalarını gözləyir. Deportasiya nöqtəsi bəlli deyil. Deputatların diplomatlarla əlaqə saxlamasına icazə verilmir və onların deportasiya məntəqəsinin yeri məlum deyil.