Əməkdar artist Rəşad İlyasov Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toyundan yeni görüntülər paylaşıb.
NOCOMMENT.az axşam.az-a istinadla xəbər verir ki, videoda müğənninin ifası, Z.Xanlarovanın görüntüləri yer alıb.
Nənəsinin adını daşıyan nəvə Zeynəb Tamerlan adlı bəylə ailə qurub. Toy bir neçə gün əvvəl Gülüstan Sarayında baş tutub.
Xalq artistinin nəvəsinə 2023-cü ildə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində vəzifə verilmişdi.