Sosial media istifadəçiləri paylaşdıqları videolarda və şərhlərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidməti ilə bağlı problemin hələ də həll edilməməsindən şikayətlənirlər.
NOCOMMENT.az xəbər verir ki, sentyabrın 8-dən etibarən Heydər Əliyev adına hava limanından şəhərə taksi ilə sərnişin daşımalarında tətbiq edilən yeni qaydalar narazılıq yaradıb.
“Bax, hava limanında bu qırmızı taksi deyir ki, 35 manata aparıram. Bu taksi isə gəlib dayanıb, amma apara bilmir. Yəni bu yarı qiymətə aparır eyni adresə, amma bunun ixtiyarı yoxdur buradan sərnişin götürməyə. Bu hansı ədalətə sığır, bu hansı insan haqqına sığır? Siz burada nə respublika qurubsunuz? Kimin monopoliyasındadır? Niyə millətə əziyyət, işgəncə verirsiniz?” – sosial media istifadəçilərindən biri paylaşdığı videoda bunları deyib.