Azərbaycan və Türkiyə müdafiə nazirləri Ankarada görüşdü – Fotobackend

Azərbaycan və Türkiyə müdafiə nazirləri Ankarada görüşdü – Foto 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.

İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.

***

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli iclası keçirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

O, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.

Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.