Əminə Yusifqızı vəfat etdibackend

Əminə Yusifqızı vəfat etdi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Əminə Yusifqızı vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a 89 yaşlı mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda dünyaya gəlib.

1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışıb.

1974-cü ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında dublyaj və səsləndirmə sahəsində çalışan Əminə Yusifqızı 200-dən çox filmdə səsləndirmə edib.

O, “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. kimi filmlərdə və televiziya tamaşalarında da rol alıb.

2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.