Binəqədi yolunda qazıntı işləri nə vaxt yekunlaşacaq? – VİDEObackend

Binəqədi yolunda qazıntı işləri nə vaxt yekunlaşacaq? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi şosesində aylarla davam edən qazıntı və təmir işləri ərazidə hərəkəti çətinləşdirib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, xüsusən də gün pik saatlarında ərazidə uzun tıxac yaranır.

Yaranan çətinlik ən çox da sürücüləri narahat edir. Onlar deyirlər ki, günün bütün saatlarında həmin yolda sıxlıq yaranır.

Bu arada, Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin yolda onlar tərəfindən heç bir işin icra edilməməsi ilə bağlı açıqlama yayıb.

Ərazidə çəkiliş apardığımız zaman öyrəndik ki, həmin işi özəl şirkətlərdən biri aparır. Yaxınlıqda Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus yeni tikilən binalar üçün kanalizasiya xətləri çəkilir.

İş icraçısı Sabir Mustafayev deyib ki, 4 kilometrdən çox ərazidə aparılan işlərin 90 faizi yekunlaşıb. Boruların çəkilməsi işi yekunlaşdıqdan sonra yol asfaltlanacaq. Təxminən bir aya yol təhvil veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.