Sentyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə “Bank BTB” ASC 5,46 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.
NOCOMMENT.az xəbər verir ki, Mərkəzi Bankdan Bakupost.az-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə ” YapıKredi Azərbaycan” QSC olub. Bank 3,89 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.
Tənzimləyicinin hesabatına görə, siyahının üçüncü yerində “YeloBank” ASC 3,46 şikayət indeksi ilə qırmızı zolaqda sıralanıb.
“Accesbank” 1,53 şikayət indeksi ilə sarı zolaqda yer alıb. Bu təsnifat üzrə “Azər-Türk Bank”ın şikayət indeksi isə 1,47 olub.