Rusiyadan Azərbaycanın jestinə cavab – Ağayev azadlığa buraxıldıbackend

Rusiyadan Azərbaycanın jestinə cavab – Ağayev azadlığa buraxıldı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada həbs edilən Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Qafqaz bürosu” məlumat yayıb.

“Dələduzluqda ittiham olunan Ağayev bir neçə gün əvvəl azad edilib, lakin bu barədə hələlik rəsmi məlumat yoxdur”, – məlumatda deyilib.

O, büdcə vəsaitini mənimsəməkdə ittiham edilirdi.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyada həbsdə olan bir azərbaycanlının da azad edildiyini bildirmişdi. Onun Ağayevi nəzərdə tutub-tutmadığı bəlli deyil.