Azərbaycanda ərizə və şikayətlərə niyə 30 gün ərzində cavab verilsin? Bununla bağlı normativ hüquqi aktlara bənd əlavə edək ki, Azərbaycanda ərizə və şikayətlərə 10 gün ərzində cavab verilsin”.
NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.
Onun sözlərinə görə, maraqlı cəhət odur ki, ayın 1-dən məktub yazırsan, qəsdən gözləyib ayın 30-31-də cavab verirlər. Şikayətlərə vaxtında və dürüst cavab verilməlidir. Səlahiyyətli orqanlar bu məsələləri daha ciddi yanaşmalıdır.
“Məsələn, səbəb torpaq mübahisəsidir. Bunu 30 gün düşünmək, nələrisə araşdırmaq nəyə lazımdır? Buna konkret cavab verilsin ki, məsələ nədir və şikayətçi də rahat olsun.