“Əslində iki həftə ərzində məktuba cavab olur, hansısa araşdırmalar lazımdırsa, 30 gün ona lazımdır. Hansı məktublarınıza cavab verilməyibsə, xüsusilə bu məsələ ilə məşğul olaq”.
NOCOMMENT.az xəbər verir ki, bunu Spiker Sahibə Qafarova deputat Səyyad Salahlının təklifinə münasibət bildirərkən deyib:
“Siz komitə iclasında da bu məsələni qaldırmışdınız və mən dərhal bu məsələ ilə məşğul oldum. Mənə deyilən o idi ki, belə bir məktub yoxdur. Əgər siz sonra məktub yazmısınızsa və cavab gəlməyibsə, mütləq bu məsələ ilə məşğul olacağam”, – S.Qafarova bildirilib.