Qərbi Kaspi Universitetinin Kollecinin “yoxa çıxan” fakültə – Tələbə niyə bərpa edilmir? / VİDEObackend

Qərbi Kaspi Universitetinin Kollecinin “yoxa çıxan” fakültə – Tələbə niyə bərpa edilmir? / VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Kaspi Universitetinin Kollecinin tələbəsi Cəbrayılov Namiq İsmayıl oğlu universitetə bərpa edilmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə C.Namiq özü məlumat verib.

O bildirib ki, kollec tərəfindən ixtisas uyğunsuzluğu səbəb göstərilərək “yox” cavabı verilib.

Onun sözlərinə görə, hərbi xidmətdən qayıdandan sonra 2 semestrdir təhsilini davam etdirə bilmir. Rəhbərlik buna səbəb kimi ixtisasın uyğun gəlməməsini göstərir.

C.İsmayıl qeyd edibki o, Metrologiya (ölçmə elmi) sahəsində ixtisaslaşıb. Kollecə bərpa olunmaq istəsə də, rəhbərlik tərəfindən ona bu imkan yaradılmayıb.

“Dedilər ki, ixtisasınız uyğun gəlmir. Halbuki mənim təhsil istiqamətim metrologiyadır. İmtahan da keçirilməyib. Bele çıxır ki, heç bir ixtisasa uyğun gəlmirəm”, – tələbə bildirib.