Bu müəssisələrdə növbəli iş rejimi tətbiq oluna bilər – İLGİNC SƏBƏBbackend

Bu müəssisələrdə növbəli iş rejimi tətbiq oluna bilər – İLGİNC SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı küçələrində müşahidə olunan gündəlik tıxaclar həm sürücülər, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün ciddi narahatlıq doğurur. Bu problemi aradan qaldırmaq məqsədilə son zamanlar növbəli iş rejiminə keçid, -yəni bəzi dövlət və özəl qurumların şənbə günü də fəaliyyət göstərməsi tıxac problemini azalda bilərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, tıxacların qarşısını almaq üçün yalnız bir istiqamətli qərar qəbul etmək kifayət deyil.

“Tıxacların qarşısını almaq üçün bir çox qərarlar ardıcıl şəkildə həyata keçirilməlidir. İlk növbədə metro və avtobus xətləri normal və fasiləsiz çalışmalıdır. İctimai nəqliyyat elə qurulmalıdır ki, insanlar üçün cəlbedici olsun,” – ekspert qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, Bakının həddindən artıq yüklənməsi problemi də diqqət mərkəzində olmalıdır.

“Şəhərin mərkəzi çox yüklənib. İş saatlarının müxtəlif vaxtlarda başlanması və bitməsi ilə bağlı qərarlar verilməlidir. Yəni təkcə növbəli iş sistemi yox, bir sıra addımların sintezi və tətbiqi tıxacların azaldılmasına real təsir göstərə bilər,” – deyə o, əlavə edib.