Polşa Ukrayna hava məkanında raketləri NATO-nun əvvəlcədən razılığı olmadan vurmağı planlaşdırmır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Lvova səfəri zamanı bildirib.
“NATO çərçivəsində birgə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir və belə addımlar (digər dövlətlərin ərazisi üzərində raketlərin məhv edilməsi – TASS-ın qeydi) bütün NATO üzvləri tərəfindən, təkcə Polşa tərəfindən deyil, birgə qərarlaşdırılmalıdır”, – Sikorski mətbuat konfransında vurğulayıb.
Kiyev dəfələrlə Varşavaya və digər Qərb tərəfdaşlarına Rusiya dronlarını və raketlərini Ukrayna ərazisi üzərində vurmaq xahişi ilə müraciət edib. Cavab olaraq, Polşa hakimiyyəti bu cür əməliyyatların potensial risklərinə diqqət çəkir və bütün NATO üzv ölkələrinin razılığının vacibliyini vurğulayır.