Fransa Prezidenti Emmanuel Makron hökumətdəki siyasi böhran fonunda parlamentdə fraksiyaları olan bir neçə partiyanın lideri ilə təcili görüş çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.
Məlumata görə, Fransa lideri yeni baş nazirin təyinindən əvvəl bəzi fraksiya rəhbərlərinin dəstəyini təmin etmək istəyir. Görüşə isə Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı “Milli Birlik” və Jan-Lyuk Melanşonun “Qeyri-itaətkar Fransa” partiyasının nümayəndələri dəvət olunmayıblar.
“Milli Birlik” partiyasının prezidenti Jordan Bardella vəziyyəti şərh edərək, dəvət olunmamağı “böyük şərəf” adlandırıb. Melanşon isə daha sərt reaksiya verərək, Fransada siyasi sabitliyi yalnız prezidentin növbədənkənar seçkiləri təmin edə biləcəyini bildirib.
Canard Enchaine nəşrinin yazdığına görə, Makronun prezidentlikdən istefa verməkdənsə, parlament seçkiləri keçirmək üçün Milli Assambleyanı yenidən buraxmaq ehtimalı daha yüksəkdir.