Əliyev-Putin görüşündə VACİB MESAJ: Azərbaycan bütün dünyaya göstərdi ki…backend

Əliyev-Putin görüşündə VACİB MESAJ: Azərbaycan bütün dünyaya göstərdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə baş tutan görüşü ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm və müsbət addım kimi qiymətləndirilə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri politoloq Polad Mehdiyev KONKRET.az-a açıqlamasında səsləndirib:

Polad Mehdiyev: ‘Bu kimi səfərlər milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir’

O bildirib ki, bu görüş tərəflərin yaranmış fikir ayrılıqlarına baxmayaraq dialoqu davam etdirmək və əməkdaşlığı bərpa etmək istəyində olduqlarını göstərdi:

“Son aylar bəzi gərginliklərə səbəb olan hadisələr, xüsusilə də AZAL təyyarəsi ilə bağlı insident fonunda bu görüş ilk yüksək səviyyəli təmas kimi diqqət çəkdi. Görüşün səmimi, açıq və qarşılıqlı hörmət şəraitində keçməsi münasibətlərin sabitləşməsinə real zəmin yaradır”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin görüşdə sərgilədiyi praqmatik və təmkinli mövqe Azərbaycanın milli maraqlarına sadiqliyini, eyni zamanda regional əməkdaşlığa açıq olduğunu göstərib:

“Bu görüş bir daha təsdiqlədi ki, Azərbaycan–Rusiya münasibətləri strateji baxımdan əhəmiyyətini qoruyur və əlaqələrin davam etdirilməsi hər iki ölkənin maraqlarına uyğundur”.

Polad Mehdiyev əlavə edib ki, görüşdən çıxan əsas mesajlardan biri Azərbaycanın suveren mövqeyini qorumaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlıqdan yayınmamasıdır:

“Bu, Prezident İlham Əliyevin balanslı və düşünülmüş xarici siyasət kursunun növbəti təzahürüdür. Görüş həm tərəflər arasında etimadın bərpasına, həm də regionda sabitliyin qorunmasına töhfə verə bilər”.