Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.
NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki, nazirliyin daxili xidmət mayoru Taleh Əhməd oğlu Meyvalıyev sözügedən idarənin rəisi təyin olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.Qeyd edək ki Taleh Meyvalıyev buna qədər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub.