İsrail hökuməti Qəzzada yenidən müharibəyə başlaya bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, girov məsələsi həll edildikdən sonra İsrailin öz legitimliyini dəstəkləmək üçün artıq heç bir arqumenti olmayacaq:
“Problemlər hər zaman yarana bilər. Netanyahunun xüsusən sülh məsələsində nə qədər güvənsiz olduğunu bilirik. İsraildə yenidən müharibəni başlatmaq meyli yarana bilər. Ona görə də beynəxalq ictimaiyyət hazırda yüksək hazırlıq vəziyyətindədir”.