ABŞ Prezidenti Donald Tramp Çindən ABŞ-yə idxal olunan məhsullara əlavə 100 faiz tarif tətbiq ediləcəyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
Prezident bu addımın Çinin nadir torpaq elementlərinin ixracına nəzarət tətbiq etməsinə cavab olaraq atıldığını bildirib.