Bakıda qadın faciəvi şəkildə ölüb.
NOCOMMENT.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
60 yaşlı Sərvinaz Xəlil qızı İbrahimova oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb. Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.
Məlumata görə, hadisə baş verən gün benzin alışaraq yanıb və mərhumun bacısının paltarına keçib. S. İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alov ona da sıçrayıb. Nəticədə qadın yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.