Yasamal MKTB-də maliyyə problemi: 2 milyonluq borc niyə ödənilmir?backend

Yasamal MKTB-də maliyyə problemi: 2 milyonluq borc niyə ödənilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində (MKTB) maliyyə sıxıtısı yaşaynır.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu, MKTB-nin xüsusilə külli miqdarda vergi borcunun ödənilməməsindən aydın görünür.

MKTB-nin vergi borcu hazırda 1 943 336,45 manat təşkil edir.

6 ay əvvəl isə MKTB-nin vergi borcu 1,7 milyon manat idi. Göründüyü kimi bu müddət ərzində nəinki borc ödənilib, əksinə 200 min manatdan çox artıb.

İddialara görə, ərazi üzrə vergi orqanı artıq Yasama rayon MKTB-ni məhkəməyə verməyə hazırlaşır. Adətən vergi borcu ilə vergi orqanı tərəfindən məhkəməyə təqdim olunan ərizədə borc ödənilənədək hüquqi şəxsin təmsilçisinə “stop” qoyulmasını tələb olunur. Məhkəmələr də əsasən, vergi orqanının ərizəsini təmin edir.

Doğrudur, bir neçə ay bundan əvvəl MKTB rəisinin ölkədən çıxışına stop qoyulması barədə məlumat yayılıb. Lakin bu məlumat təsdiqlənmir.

Yasamal MKTB ilə bağlı da belə olacağı şübhəsizdir. Həm də nəzərə almaq lazımdır ki, MKTB-nin borcu xüsusilə külli miqdardadır.

Ysamal Rayon MKTB Yasamal Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Yəni, müstəqil qurum deyil. Bu halda MKTB-nin xüsusilə külli miqdarda vergi borcu yaranmasına görə icra hakimiyyəti də cavabdehlik daşıyır. Şənbə günü olduğundan İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, 2 milyon manata yaxın vergi borcunun hansı səbəbdən ödənilmədiyini, həmçinin öyrənə bilmədik.

Yasamal Rayon MKTB 2004-cü ildə yaradılıb. Qurumun rəhbəri Vüsal Hüseynovdur. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı isə Elşad Həsənovdur.