Aerobika gimnastikası üzrə Avropa çempionatı Gəncədə keçiriləcəkbackend

Aerobika gimnastikası üzrə Avropa çempionatı Gəncədə keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 9-16 noyabr tarixlərində keçiriləcək yarışda 17 ölkədən ən güclü gimnastlar kubok uğrunda mübarizə aparacaqlar.

9-11 noyabrda yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında yarışlar olacaq.

Çempionat Gəncə İdman Sarayında keçiriləcək.