Fransa milli komandasının baş məşqçisi Didye Deşam futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində evdə Azərbaycan yığmasına qarşı matçın (3:0) fasiləsində öz oyunçularından narazı qalaraq, paltardəyişmə otağında onları bərk danlayıb.
NOCOMMENT.az bu barədə “RMC Sport” nəşrinə istinadən xəbər verir.
“Əgər Kilian nəhayət həmişə etdiyini etməsə, biz onlar üçün problem yaratmayacağıq, sadəcə çıxılmaz vəziyyətə düşəcəyik. Bir az hərəkəti və sürəti artıranda bu, onları çətin vəziyyətə salır. Bu tempdə onlar yorulmayacaq. Biz də. Mümkün olan hər şeyi etməlisiniz, uşaqlar!”, – deyə Deşam oyunçılarını qələbəyə səsləyib.