ABŞ-nin Cənubi Karolina ştatında yerləşən barların birində atışma olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” “Associated Press”ə istinadən məlumat yayıb.
Dörd nəfər hadisə yerində ölüb, azı 20 nəfər yaralanıb. Yaralılardan 4-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ölənlərin və atəş açanların kimliyi hələlik açıqlanmayıb.