“Predo” uşaq bezlərindən şikayət var – vətəndaş keyfiyyətin aşağı düşdüyünü iddia edirbackend

“Predo” uşaq bezlərindən şikayət var – vətəndaş keyfiyyətin aşağı düşdüyünü iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkə istifadəçisi Sənan Əhmədov “Predo” markalı uşaq bezlərinin keyfiyyətindən narazılığını bildirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, o, paylaşımında qeyd edib ki, son vaxtlar “Predo” bezləri əvvəlki kimi keyfiyyətli deyil:

“Salam, #Predo pamperslərindən şikayətim var. Çox keyfiyyətsizləşib. Sizdə də belədir?”

İstifadəçi bildirir ki, məhsul əvvəl daha yaxşı olsa da, indi həm material, həm də udma qabiliyyəti baxımından zəifləyib.

Qeyd edək ki, “Predo” Türkiyə istehsalı olan uşaq bezləri markasıdır və uzun müddətdir Azərbaycan bazarında satılır. Son vaxtlar isə sosial şəbəkələrdə bu məhsulla bağlı oxşar narazılıqların səsləndirildiyi də müşahidə olunur.