İsrail və İran nümayəndələri Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək “Sülh sammiti”nə iştirakdan imtina edib.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, İsrail və İran rəsmiləri sammitdə iştirakdan imtinanın səbəbini açıqlamayıblar.
Qeyd edək ki, oktyabrın 13-də ABŞ Prezidenti Donald Trampın sülh planına uyğun olaraq Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəsin müzakirəsinə həsr olunmuş “Sülh sammiti” keçiriləcək.