Məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında BAXIMSIZ VƏZİYYƏT – VİDEObackend

Məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında BAXIMSIZ VƏZİYYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumuş, insan boyunu keçən otlar… İçində ilan-çayan olduğu ehtimal edilən kol-kos…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu saydıqlarımız paytaxtda yerləşən 242 saylı körpələr evi-uşaq bağçasının həyətindədir. Sakinlər deyirlər ki, bağçanın həyətində baxımsızlıq hökm sürür.

Bağçanın gözətçisi bildirdi ki, orada keçmiş məcburi kçökünlər də yaşayır. Dəfələrlə ərazidə təmizlik işləri aparılsa da, bir müddət sonra bu vəziyyətə düşür.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən məsələnin icra hakimiyyətinə aidiyyəti yoxdur. Lakin, onların inzibati ərazisinə düşdüyü nəzərə alınaraq, tezliklə təmizlik işləri aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.