Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.10.2025-ci il tarixində saat 15:00 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır.