“Putin qalib gəlməyəcək” – Radoalav Sikorskibackend

“Putin qalib gəlməyəcək” – Radoalav Sikorski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada müharibənin nizamlanması Yaxın Şərqdəkindən daha asandır”.

NOCOMMENT.az “Rzeczpospolita” xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Londona səfəri zamanı bildirib.

O, izah edib ki, müharibəni bitirmək üçün Rusiya prezidenti Vladimir Putinin öz Baş Qərargah rəisi Gerasimova Ukraynadan qoşunların çıxarılması əmri verən bir zəngi kifayətdir.

Belə zəngin ehtimalı haqqında suala cavabında Radoslav Sikorski deyib ki, “bu ehtimal, ən azı Rusiya iqtisadiyyatı sıradan çıxmağa başlayanda artır”.

“Ukrayna 10 ildir Putini Donbasda saxladığını nümayiş etdirdi. Bu, Putinin qalib gəlməyəcəyindən xəbər verir. Biz ortamüddətli perspektivdə Ukraynanı dəstəkləməyə və Rusiya nefti, qazı və texnologiyasına qarşı Qərb sanksiyalarını tətbiq etməyə hazır olduğumuzu nümayiş etdirməliyik”, – deyə polyak nazir vurğulayıb.

Xatirə SADİQ