Böyük Britaniya hökuməti Rusiyanın “Rosneft”, “Lukoil” şirkətlərini və “kölgə donanması”na daxil olan yeni gəmilərini sanksiyalar siyahısına əlavə edib.
NOCOMMENT.az bu barədə BBC News-a istinadən xəbər verir.
Böyük Britaniya hökuməti qeyd edir ki, bu şirkətlər Rusiya hökumətinə dəstək göstərir.
Sanksiyalar Rusiyanın “kölgə donanması”na daxil olan 51 gəmini, həmçinin enerji və müdafiə də daxil olmaqla müxtəlif sektorlardan olan fiziki və hüquqi şəxsləri əhatə edir.
Xatirə SADİQ