Paytaxt sakini ona qarşı 141 min manatdan çox dələduzluq edildiyini iddia edir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Minarə Fərzəliyeva deyir ki, o illər əvvəl həbsə düşür, elə başına da nə gəlirsə bundan sonra olur.
Qadın bildirir ki, Emil Əmiraslanovun onlara borcu olması ilə bağlı videosu da var. O, lentə aldığı görüntüləri bizə də təqdim etdi.
Emil Əmiraslanovun özü ilə də əlaqə saxladıq. Bildirdi ki, onun Minarə Fərzəliyevaya borcu yoxdur. Videonu isə xanım onu təhdid edərək çəkib.
Minarə Fərzəliyeva bildirdi ki, məsələ ilə bağlı polisə müraciət edildikdən sonra Emil Əmiraslanov 17 min manatı qaytarıb. Qalan pula gəlincə, “daha sizə borcum yoxdur” deyib, ödəmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.