Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı – VİDEObackend

Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bina tikilərkən səkinin yararsız hala salındığı iddia edilir.

NOCOMMENT.az xəbər verir ki, görüntülər paytaxtın Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu küçəsindəndir. “Xəzər Xəbər”ə müraciət edən sakinlər deyirlər ki, hər gün istifadə etdikləri səki bina tikilərkən bərbad vəziyyətə salınıb. Bu hal uzun müddətdir davam edir.

Sakinlər deyirlər ki, səki bərbad halda olduğundan bəzi hallarda yola çıxmalı olurlar ki, bu da təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

”Xəzər Xəbər”in çəkilişindən sonra ərazidə abadlaşdırma işlərinə başlanıldı. Tikinti şirkətindən qeyd edildi ki, daha böyük və təmirli səki sakinlərin istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.