Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunubbackend

Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlament cəmiyyətində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında yazıb.

O, qeyd edib ki, Almaniya parlament cəmiyyətində nüfuzlu hökumət nümayəndələrinin, Bundestaqın, analitik mərkəzlərin və aparıcı KİV-lərin iştirakı ilə maraqlı müzakirə keçirilib. “Biz dəyişən regional və qlobal dinamika şəraitində sülhün, sabitliyin və qarşılıqlı əlaqənin möhkəmlənməsində Azərbaycanın mühüm rolunu müzakirə etdik”, – H.Hacıyev qeyd edib.